Modern.az

20 Yanvarı ictimaiyyətə çatdıran qəzetin redaktoru: “Kəlbəcərdə 17 min abunəçimiz var idi”

20 Yanvarı ictimaiyyətə çatdıran qəzetin redaktoru: “Kəlbəcərdə 17 min abunəçimiz var idi”

Təhsil

18 Yanvar 2015, 11:35

 

1990-cı il qanlı 20 Yanvar hadisələrini ictimaiyyətə çatdırmaqda “Səhər” qəzetinin müstəsna rolu olub.

Qəzetin yaradıcısı və baş redaktoru Məzahir Süleymanzadə “Səhər” qəzetinin ilk sayı 1989-cu il avqustun 4-də 400 minə yaxın tirajla çıxıb: “Bu qəzet dərhal oxucu məhəbbəti qazandı. Qəzeti yaradanda məqsədimiz o idi ki, kommunist sözündən bir qədər fərqli söz deyək. Ölkədə olan mətbuat orqanlarının xüsusi vəzifələri var idi. “Səhər” “Kommunist” qəzetinin əlavəsi olsa da orada kommunistlik heç bir şey yox idi. Biz onun adını iqtisadi əlavə qoyduq. Çünki həmin dövürdə qəzet nəşr etdirmək, yeni redaksiya yaratmaq mümkünsüz idi. Bunun üçün Moskvadan xüsusi icazə lazım idi. Təbii ki, bu da mümkün deyildi. O vaxt mən “Kommunist” qəzetinin müavini idim. Bundan istifadə edib yeni qəzeti “Kommunist” qəzetinin əlavəsi adı altında nəşr etdirdik. “Səhər” qəzeti cəsarətli yazılar verirdi. 1990-cı il qanlı yanvar hadisələrini törədən Mixayıl Qarboçovun rəhbərliyi altında kommunist partiyası idi. Buna görə də “Kommunist” adlı qəzetin nəşrindən söhbət gedə bilməzdi. Amma biz qəzet buraxmaq, peşə borcumuzu yerinə yetirmək istəyirdik. Bu da fövqəlada halda, hərbi senzura şəraitində mümkün görünmürdü. O vaxt cəsarətli jurnalistlər qrupuna Rəfael Nağıyev, Şakir Yaqubov və mən rəhbərlik edirdik. Biz bu qəzeti ərsəyə gətirə bildik. “Səhər” qəzetinin 20 yanvar hadisəsinə həsr olunmuş sayı, Azərbaycan mətbuat tarixində ilk dəfə olaraq iki milyon nüsxə ilə nəşr olundu və xalqa pulsuz paylandı. O dövrdə xarici mətbuatın istina etdiyi ən etibarlı mənbə “Səhər” qəzeti idi”.

 

M.Süleymanzadə deyir ki, “Səhər” qəzetinin təsisçisi, daxili işinə məsul şəxsi özü olub: “Kommunist” qəzetinin bütün əməkdaşları “Səhər” qəzetinin də əməkdaşları idi. Redaksiyanın tərkibində “Azərbaycan” qəzetinin indiki baş redaktoru Bəxtiyar Sadıqov, İngiltərədə fəaliyyət göstərən jurnalist Zülfüqar Rüfətoğlu, Araz Qurbanov, “Xalq” qəzetinin redaktor müavini Tahir Rüstəmoğlu, Mədəniyyət Nazirliyində məsul vəzifədə çalışan Vaqif Bəhmənli və adlarını çəkmədiyim çox sayda dəyərli əməkdaşları olub. Azərbaycandakı müəllif ordusu ilə yanaşı Moskva, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələrdən cəsarətli qələm sahibləri qəzetimizdə öz sözlərini deyirdilər. Əbluc Həsənzadə, Məmməd Aslan, Bəxtiyar Vahabzadə, iqtisadçı alim Ziyad Səmədzadə və bir çox cavan jurnalistlərin ümid yeri idi “Səhər” qəzeti.  Bu qəzetdə deyilən söz xalqa çatırdı. Təkcə Kəlbəcərdə bizim 17 min, Şuşada 14 min, Laçında 16 min abunəçimiz var idi. Bu gün orta nəslin nümayəndələri ilə söhbətdə məlum olur ki, onlar o qəzetləri atmayıblar, saxlayırlar. “Səhər” həqiqətən də müqəddəs bir qəzet idi. Çünki Azərbaycanda kommunist mətbuatından fərqli söz deyən müstəqil qəzet idi”.

 

Yeganə OQTAYQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu