Modern.az

Ermənistanda rus əsgərinin edam olunması tələbilə mitinqlər keçirilir

Ermənistanda rus əsgərinin edam olunması tələbilə mitinqlər keçirilir

18 Yanvar 2015, 13:04

 

Ermənistan mətbuatı bu ölkədə Rusiya və Ermənistan hakimiyyətinə qarşı aksiyaların genişləndiyini xəbər verir.

Dünən səhər saatlarında başlayan mitinq bu gün də davam edib. Ötən gün Gümrüdə keçirilən etiraz aksiyalarına polis müdaxiləsindən sonra bu gün Ermənistanın paytaxtında etiraz aksiyası keçirilib. Mitinq iştirakçıları bir ailənin qatili olan Permyakovu edam etməyi tələb ediblər.

Aksiyada “Putin rədd ol”, “Serjik get” şüarları səsləndirilib. On mindən artıq kütləyə sahib olan aksiya iştirakçılarının Azadlıq meydanı ilə Maşrop meydanı arasındakı əsas magistralı bağladıqları bildirilir.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu