İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqın Sincar şəhərini ələ keçirən zaman qaçırdığı yezidilərdən ən azı 200 nəfəri sərbəst buraxıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, aralarında üç uşağın da olduğu və çoxu yaşlılardan ibarət olan girovlar beş ayidi İŞİD-in əlində saxlanılırdı.