Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanvarın 18-də Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” adlanan ərazidə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralıda nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində 2 balıqçı batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib və aiddiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 20:50-də başa çatıb.
Modern.az