İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının öz komandirlərinə belə etibar etmədiyi, edam məhkəmələri quruduğuna dair məlumatlar yayılıb.
Bir neçə həftə əvvəl İŞİD-in “agent, xarici” deyə öldürdüyü Qafqaz mənşəli Sergey Asimovu ardından daha bir militan edam edilib.
“Timeturk” saytının yazdığına görə, İŞİD-in bu dəfə edam etdiyi döyüşçüsü azərbaycanlı olub. Məlumatda bildirilir ki, İŞİD Sirac adında azərbaycanlı komandirini “xarici agent” deyə edam edib.
Azərbaycanın Sumqayıt şəhərindən olduğu bildirilən Siraç Azəri adlı bu şəxsin daha əvvəl uzun müddət Əfqanıstanda döyüşdüyü, sonra Suriyaya keçərək İŞİD-ə qoşulduğu iddia olunur.
Modern.az