Modern.az

“Hesab edirəm ki, ABŞ Azərbaycana münasibətdə siyasətinə redaktələr edəcək”

“Hesab edirəm ki, ABŞ Azərbaycana münasibətdə siyasətinə redaktələr edəcək”

19 Yanvar 2015, 09:32

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib. Modern.az xəbər verir ki, toplantıda çıxış edən Milli Dirçəliş Hərəkatı partiyasının sədri, Millət vəkili Fərəc Quliyev son zamanlar ABŞ və Azərbaycan arasında indiki ABŞ hökumətinin Azərbaycana münasibətdə yanlış fəaliyyəti ucbatından yaranan anlaşılmazlıqların aradan qaldırılması üçün göstərilən  səylərdən danışıb: “Hesab edirəm ki,bu günkü toplantının  məqsədi beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi  və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, ABŞ və Azərbaycan arasında  son zamaanlar indiki ABŞ hökumətinin Azərbaycana münasibətdə yanlış fəaliyyəti ucbatından yaranan anlaşılmazlıqların aradan qaldırılması üçün göstərilən  səydir. Ümidvaram ki, Rusiyayanlıları bu aydınlaşdırmanı  fərqli  təqdim etməyəcəklər.

ABŞ  və Azərbaycanın birgə həyata keçirdikləri  nəhəng enerji layihələri, Azərbaycanın ABŞ-ın terrorla mübarizəsinə hərtərəfli dəstəyi, sülhməramlı missiyalarda Azərbaycanın silahlı qüvvəlrinin iştirakı, nüvə komponentlərinin  qaçaq yolla daşınmasının Azərbaycan güc nazirlikləri tərəfindən qarşısının alınması, hava məkanımızdan Əfqanıstana Beynəlxalq Birliyin missiyası üçün koridorun verilməsi və digər məsələlər iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Hər iki ölkə bu əməkdaşlıqdan yalnız udurdu. Ancaq indiki ABŞ hakimiyyəti ABŞ-ın Azərbaycanla bağlı prioritetlərində ardıcıllığı gözləmir. Bir  çox məqamlarda  Azərbaycanı sevməyən müxtəlif dairələrin təsiri altında olan bəzi konqresmenlərin, senatorların və ya qeyri-hökumət təşkilatlarının rəyi ilə münasıbətlərə kölgə salındı. Azərbaycanı bir neçə nəfərin haqlı həbsinə görə insan haqlarının pozulmasında qınayan   rəsmi Vaşinqton, nə də vaxtilə Dövlət Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi “Freedom Hause” təşkilatı Qahirə məhkəməsinin bir gündə “Müsəlman qardaşları” təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı çıxarmasına münasibət bildirmədi. Bu qərəzli yanaşma deyilmi? Və ya   907-ci düzəlişin  ləgv olunmamasını strateji tərəfdaş olaraq necə başa düşək? Biz tərəfdaşlarımızdan çox şey istəmirik. Sadəcə əməkdaşlıq platformalarının müddəalarına əməl olunmasını istəyirik.

Ölkəmiz  2002-ci ildən  NATO PA assosiativ üzv qəbul edilib. Azərbaycan  2004-cü ildən  "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub.  Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəricisidir. Bilirik ki, NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi ölkələrin  bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. Ümumiyyətlə bu təşkilatın fəlsəfəsi regional və qlobal təhdidləri aradan qaldırmaqdır. Biz NATO-nun fəaliyyətində vəziyyətə uygun olaraq müəyyən transformasiya siyasətinin zaman-zaman şahidi olmuşuq. Soyuq Müharibənin başa çatmasından sonra Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən transformasiya meylləri müşahidə edilib. Bu gün transmilli təhdid olan Qarabag münaqişəsinə münasibətdə isə NATO tərəfindən bunu gormürük və bu bizdə təəssüf hissi oyadır. Həm də bilərək ki, Yeni dünya düzəninə mane olan şər qüvvələrin yaratdığı  Qarabağ problemi Avrasiya boğazina tıxacdır.

BMT  çərçivəsində də vəziyyət eynidir. BMT nizamnaməsinin  7-ci bəndi və 41-ci, 42-ci paraqraflara görə BMT–nin qəbul etdiyi qətnamələr ya hərbi sanksiyalar, ya da qeyr-hərbi sanksiyalarla həyata kecirilməlidir. Başqa  dövlətlərə münasibətdə  ABŞ super güc olaraq bu yanaşmaların reallaşmasın təmin edib. Azərbaaycanın işğal olunmuş ərazilərinə görə qəbul olunmuş 4 qətnamənin də eyni formada həyata keçməsini istəməyimiz haqqımızdır. Hesab edirəm ki, ABŞ Azərbaycana münasibətdə siyasətinə redaktələr edəcək və olkələrimiz arasında münasibətlər arzuladığımız səviyyədə olacaq”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu