Modern.az

Türkiyənin hakim partiyasından 20 Yanvar BƏYANATI

Türkiyənin hakim partiyasından 20 Yanvar BƏYANATI

19 Yanvar 2015, 11:02


Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Adana vilayətindən olan millət vəkili Necdet Ünüvar 20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar bəyanat verib. Türkiyənin Azərbaycandakı səfirliyindən Modern.az saytına verilən məlumata görə  bəyanatda bildirilib ki, 1990-cı ilin 20 yanvarında Türk dünyası  ən kədərli günlərindən birini yaşayıb.

“1990-cı il yanvarın 13-də başlayan Bakıda baş verən hadisələrin qarşısını almaq bəhanəsiylə 20 yanvar gecəsi şəhərə girən Sovet ordusu xüsusilə xalqın yuxuda olduğu soyuq gecəni seçib və insanların ən zəif anından istifadə edərək 134 mülki vətəndaşı xüsusi amansızlıqla qətlə yetirib.

“Qara yanvar” hadisəsi azərbaycanlı qardaşlarımız üçün günəş doğmazdan əvvəlki ən qaranlıq vaxt olub. Bu hadisələrdən sonra Azərbaycan dövləti layiq olduğu müstəqilliyi yenidən qazanıb. Biz, zülmü edən kim olursa olsun, zalıma qarşıyıq və kim olursa-olsun zülmə məruz qalmış məzlumların yanındayıq və olmağa davam edəcəyik”. 

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu