Modern.az

700 bal toplayan tələbələrdən kimlər əlaçı ola bilmədi?

700 bal toplayan tələbələrdən kimlər əlaçı ola bilmədi?

19 Yanvar 2015, 11:45

Ali təhsil müəssisələrində qış imtahan sessiyası başa çatmaq üzrədir.

Geridə qalan qəbul imtahanlarında ən yüksək nəticə göstərib, 700 bal toplayan tələbələr  bu il ilk qış semestr imtahanlarını veriblər. Onlar imtahan nəticələri barədə Modern. az saytına danışdılar.

ADA Universitetinin tələbəsi Könül Qurbanlı deyib ki, burada imtahan fərqli sistemlə keçirilir: “Dərslər bir az çətin olurdu.  Mən əlaçı ola bilmədim. 3.1 bal  topladım. Bu, orta nəticə deməkdir”.

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyinin tələbəsi Eltun İbrahimov əlaçılığını qoruya bilmədiyini deyib: “Universitetin iki tələbi var. Biri British Councilin kecirdiyi İELTS imtahanı, digəri isə universitetin keçirdiyi İKT imtahanı. İngilis dilindən uğurlu nəticəm oldu. İELTS imtahanında maksimal nəticə topladım. Amma İKT imtahanında o qədər də uğurlu nəticə göstərə bilmədim. Qiymətləndirmə A, B, C ilə aparılır. İngilis dilindən 7 aldığıma görə qiymətim A oldu, İKT-dan isə C aldım”.

Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsinin tələbəsi Fatimeyizəhra Nəbizadə 5 imtahan verib. O da əlaçı olacağına əmindir.  

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi İlkin Məmmədzadə  5 imtahan  verib və hamısından yüksək bal toplayıb:
 “Sonuncu imtahanım bu gündür. İngilis dili fənnindən imtahan verəcəyəm. Semestr ərzində bu fəndən 47 bal toplamışam. Əlaçı olacağıma ümid edirəm”.

Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi Məmməd Hacılı deyir ki, onun imtahanları bu gün bitir. İndiyə qədər 6 imtahan verib və bütün imtahanlardan 100 bal toplayıb.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu