Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri Hövsandakı aksiyaya getdilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri Hövsandakı aksiyaya getdilər

19 Yanvar 2015, 11:50

Bakının Hövsan kəndində kütləvi aksiya keçirilir. Buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir. 

Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir. 

“ Hazırda nümayəndələrimiz  hadisə yerindədirlər. Araşdırma aparırlar. Məsələyə aydınlıq gətirilir.  Hadisə ilə bağlı əlavə məlumatlar veriləcək”.

Bunu Modern.az saytına baş vermiş hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.

Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halının pisləşdiyi və o, dünyasını dəyişdiyi bildirilir.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirir, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”.

Direktorun bu sözləri kənddə aksiyaya səbəb olub.

Məltəm Talıbzadə

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu