Harvard məktəbinin sağlamlıq üzrə alimləri belə qənaətə gəliblər ki, kofe içmək həvəskarları bu içkini qəbul etməyənlərlə müqayisədə özlərini öldürməyə daha az meyllidirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 illik araşdırmada 200 min adam iştirak edib. Mütəxəssislər gündə 2-4 fincan kofe içən yaşlı adamlarla, ümumiyyətlə bu içkidən istifadə etməyən yaşlılar arasında müqayisə aparıblar.
Araşdırmanın nəticəsi göstərib ki, gündə 2-4 fincan kofe qəbul edən insanlar arasında intihar riski digərləri ilə müqayisədə 50 azdır.
Modern.az