Modern.az

Baş Konsulluq Aktauda “20 yanvar tədbiri” keçirdi - FOTOLAR

Baş Konsulluq Aktauda “20 yanvar tədbiri” keçirdi - FOTOLAR

19 Yanvar 2015, 12:36

Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu Aktaudakı “Renessanse-Aktau” otelində azərbaycanlıların “Dostluq” Milli-mədəni Cəmiyyəti ilə birgə 20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yerli hökümət qurumları, Aktau şəhərinin yerləşən diplomatik missiyaların nümayəndələri, ali və orta təhsil müəssisələrinin üzvləri, Aktau şəhərində yaşayan həmyerlilərimiz və digər xalqların nümayəndələri, habelə KİV əməkdaşlarının iştirakı ilə tədbir keçirib.

Tədbirdən öncə 20 yanvar hadisələrinə həsr olunmuş fotosərgiyə baxış olub. Tədbir keçirilən zalda faciə ilə bağlı rus, ingilis və Azərbaycan dillərində müxtəlif dövrlərdə nəşr olunmuş kitab və jurnallar nümayiş etdirilib.
Baş konsul Rəşad Məmmədov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 19-20 yanvarında baş verən hadisələr barədə iştirakçılara ətraflı məlumat verib. Baş konsul ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edib. Vurğulayıb ki, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bəşər tarixində qara səhifə olaraq qalacaq.

Daha sonra 20 Yanvar faciəsi ilə bağlı, Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Milli-mədəni Cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edib, uzun illər vilayətdə yaşayan həmyerlimiz, şair Rövşən Həsənli faciəyə həsr olunmuş şeirlər səsləndirib.
Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş “CBC” telekanalı tərəfindən 2014-ci ildə çəkilmiş, rus dilində olan “Дело  №2” adlı sənədli film nümayiş etdirilib.









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu