Modern.az

Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi AŞPA-ya çıxarılacaq

Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi AŞPA-ya çıxarılacaq

19 Yanvar 2015, 13:02

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına Azərbaycan nümayəndə heyəti tam tərkibdə qatılacaq. AŞPA-nın plenar iclasında Azərbaycanla bağlı bir çox məsələləri qaldıracağıq”. Bunun Modern.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

AŞPA-da işğal olunmuş Azərbaycan torpaqlarında girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi də qaldırıla bilərmi?
Sualımıza cavab olaraq xanım millət vəkili “kəlbəcərli girovlarla bağlı məsələni də AŞPA-da qaldırmağı nəzərdə tutmuşuq. Bu, hər birimizi narahat edən problemdir” deyib.

Sevinc Fətəliyeva kəlbəcərli girovlarla bağlı AŞPA-dakı Ermənistan nümayəndə heyəti ilə də dioloqun aparılmasını vacib sayır.

“Problem ondadır ki, Ermənistan nümayəndə heyəti müzakirələrdən daimi olaraq qaçır. Dağlıq Qarabağ məsələsi ilə bağlı illər boyu nə qədər cəhd etsək də, Ermənistan nümayəndə heyəti bütün üsullardan istifadə edərək dialoqun yaranmasına maneələr törədir. Təbii ki, iki nümayəndə heyətinin bir yerdə oturub, hansısa problemi həll etməsi çox yaxşı olardı. Fakt bunun qeyri-mümkün olduğunu göstərir. Dioloqun yaranması üçün iki tərəf lazımdır”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu