Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları avaralıq və dilənçiliklə məşğul olan 41 nəfəri saxlayıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 20-si qadın, 5-i kişi və 16-sı azyaşlılar olub və yaşadıqları Yevlax rayonuna göndəriliblər.
Modern.az