Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin işindən Ali Məhkəməyə şikayət hələ də verilməyib. Bunu Modern.az saytına açıqlamasında vəkil Əfqan Məmmədov verib.
Vəkil şikayətin verilməməsi ilə bağlı ehtimaln olduğunu da deyib: “Şikayətin gecikməsinin səbəbi Nicat Quliyevin özündən asılıdır. Şikayət sənədinə bəzi əlavələr olmalı idi. Müvəkkilimin şikayətə nələrin əlavə etməsindən xəbərsizəm. Nicat Quliyevlə əlaqə saxlayıram, sonuncu dəfə süni maneələr yaratdılar, görüş baş tutmadı. Yaxınları ilə görüşdə problem yoxdur. Hər halda, heç nəyə görə tutulub”.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Nicat Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Yeganə Oqtayqızı