Fransa prezidenti Fransua Ollandın uzun müddətdir aşağı düşən reytinqi Parisdə törədilən son terror aktlarından sonra 21 faiz artıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu göstərici İfor institutunun keçirdiyi sorğu nəticəsində məlum olub. Ollandı indi Fransa vətəndaşlarının 40 faizi dəstəkləyir. Rəy sorğusunun nəticəsinə görə, respondentlərin 60 faizi hesab edir ki, prezident Fransanın maraqlarını xaricdə 60 faiz müdafiə edir.
Modern.az