Bu günlərdə respublikamızın hər yerində, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən xalqımızın tarixinə qəhrəmanlıq salnamasi kimi yazılan 20 Yanvar hadisələrinin 25-ci ildönümü hörmət və ehtiramla qeyd edilir. YAP Nəsimi rayon təşkilatı da rayon ərazisində yaşayan və o faciədə şəhid olanların ailə üzvləri və əlillərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub və onların bəzi problemlərini həll edib. 20 Yanvar əlili, bugünədək sağlamlıq problemindən əziyyət çəkən Üzeyir Nəsirov YAP-ın Nəsimi rayon təşkilatının təşəbbüsü ilə qardaş Türkiyədən Azərbaycana gələn Beynəlxalq Yerüzü Doktorlar təşkilatının bir qrup həkim-professoru tərəfindən uğurla əməliyyat olunub və evə yazılıb. YAP Nəsimi rayon təşkilatı İdarə Heyəti 20 Yanvar şəhidlərindən birini rayon təşkilatı tərəfindən hamiliyə götürülməsi və şəhidlərin ailə üzvlərinin, 20 Yanvar əlillərinin vaxtaşırı tibbi müayinədən keçməsi haqqında qərar qəbul edib.