Modern.az

Türkiyədə girovlarla bağlı aksiya keçirildi - FOTOLAR

Türkiyədə girovlarla bağlı aksiya keçirildi - FOTOLAR

19 Yanvar 2015, 15:38

Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində girov götürülən azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib.

Bu abrədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Türkiyənin İqdır şəhərində fəaliyyət göstərən İqdır Azərbaycan Evi Dərnəyi işğal altındakı Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyev barəsində 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmadan aparılan“məhkəmə” prosesinin dayandırılması və onların dərhal azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb.

Öz doğma torpaqlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyevin azadlığa buraxılmaları üçün İqdırdakı Sülh abidəsi önündə toplaşan kampaniyanın təşkilatçıları əllərində Azərbaycan, Türkiyə bayraqlarını və girovların fotolarını, həmçinin müxtəlif plakatlar tutaraq soydaşlarımıza azadlıq tələb edib.

İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsinə və iki soydaşımızın üç aydır qanunsuz həbsdə saxlanılmasına dünya ictimaiyyətinin laqeyd qalmasını təəssüflə vurğulayıb.

Sərdar Ünsal soydaşlarımızın qanunsuz həbsinin Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz nümunəsi kimi qiymətləndirib:"Ermənistan həm Azərbaycan torpaqlarını işğal edir, həm də günahsız insanları qanunsuz həbs etdirir. Biz bu gün buna etirazımızı bildirmək üçün toplanmışıq. Azərbaycanlı girovlar ən qısa müddətdə azadlığa buraxılmalıdır”.

 

Gülşən RAUFQIZI

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu