Modern.az

Fevralın 2-də Milli Məclisin yaz sessiyasının açılışı olacaq

Fevralın 2-də Milli Məclisin yaz sessiyasının açılışı olacaq

Parlament

19 Yanvar 2015, 15:44


“Milli Məclisin qarşıdan gələn yaz sessiyası ilə əlaqədar bir neçə dəfə mətbuata açıqlama vermişik. Milli Məclisin yaz sessiyası ümumi qanuna, daxili nizamnaməyə uyğun olaraq fevral ayının 1-də başlamalıdır. Lakin fevral ayının 1-i bazar gününə təsadüf edir. Ona görə də Milli Məclisin yaz sessiyasının ilk iclasının vaxtı sonrakı günlərə keçirilir”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Qurum rəsmisi bildirib ki, fevral ayının 2-də Milli Məclisin yaz sessiyasının açılışı olacaq. Onun sözlərinə görə artıq Milli Məclisin komitələri öz işlərinə başlayıb. Akif Təvəkküloğlu qeyd edib ki, komitələr qanuna uyğun olaraq plenar iclasda müzakirəyə təqdim etmək istədikləri sənədləri, qanun layihələrini müzakirə edirlər.

“Komitələr sənədləri müzakirəyı çıxarır və müvafiq qərarlar qəbul edilir. Həmin qərarlar əsasında da yaz sessiyasının gündəliyi hazırlanır. Gündəlik hazır olandan sonra daha ətraflı məlumat veriləcək”,-deyə Akif Təvəkküloğlu söyləyib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama