Modern.az

Kooperasiya Universitetində “20 Yanvar Şəhidlər”i anıldı - FOTO

Kooperasiya Universitetində “20 Yanvar Şəhidlər”i anıldı - FOTO

19 Yanvar 2015, 15:48

Bu gün Azərbaycan Kooperasiya Universitetində “20 Yanvar Şəhidləri”nin anım günü ilə bağlı tədbir keçirilib. Modern.az xəbər verir ki, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın prezidenti, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev tədbirdə “20 Yanvar Şəhidlər”i haqqında geniş məlumat verib. O, bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın qorxmaz övladları əliyalın, yüksək texnika ilə silahlanan ordunun qarşısına çıxdılar: “Onlar ölümdən qorxmadılar”.

Eldar Quliyev bu gün də həmin şəhidlərimizin şükranlıqla yad edildiyini və hər zaman yad ediləcəklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən bu insanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.


  Ulduz İBRAHİMOVA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu