Modern.az

Goranboy rayon İcra Hakimiyyəti Milli Qəhrəmanın qızını təkzib etdi - AÇIQLAMA

Goranboy rayon İcra Hakimiyyəti Milli Qəhrəmanın qızını təkzib etdi - AÇIQLAMA

Təhsil

19 Yanvar 2015, 16:16


“Onun danışdıqları hamısı cəfəngiyyatdır. Bizim Maşallah Abdullayevə Milli Qəhərəman kimi böyük hörmətimiz var, özü də bir müddət icra başçısı işləyib. Onun qızı nə istəyir, bunu anlamıram”. Bu sözləri Modern.az-a açıqlamasında Goranboy rayon İcra hakimiyyəti başçının müavini Baxış Abdullayev bildirib.

O, qeyd edib ki, Milli Qəhərəmanın qızının şikayəti cəfəngiyyatdan ibarətdir:

“O kimin yanında olub? Nə vaxt müraciət edib, cavab verməmişik?! Bircə dəfə qəbula gəlibmi heç?! Axı bizim təhsillə nə işimiz var?!.

Onun açdığı oyunlardan isə baş aça bilmirəm ki, nə istəyir. Deyir özünü yandıracaq. Nəyə görə?!.

Maşallah Abdullayevə dövlət təqaüd kəsib, özlərinin isə min hektarlarla torpağı var. Əkin-biçinlə məşğul olurlar. Bəs bunları niyə demir?!”.

İcra başçısının müavini son olaraq məsələ ilə bağlı Maşallah Abdullayevlə əlaqə saxlayıb və  Milli Qəhrəman qızının verdiyi açıqlamadan xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Milli Qəhrəman Maşallah Abdullayevin qızı Gülxanım Abdullayeva rayondakı vəziyyətdən şikayətlənib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu