Modern.az

Hava şəraiti xəstəlikləri gücləndirib, xəstə sayını artırıb - HƏKİM

Hava şəraiti xəstəlikləri gücləndirib, xəstə sayını artırıb - HƏKİM

19 Yanvar 2015, 16:32


Son zamanlar ölkədə qış üçün xarakterik olmayan hava şəraiti müşahidə edilir. Havaların istiləşib soyması insan səhhətinə hansı təsirləri göstərir?

“Azərsutikinti” Xəstəxanasının terapevt şöbəsinin həkimi Səməd Çobanov Modern.az saytına açıqlamasında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq xəstələrin sayının artdığını deyib:

“Xəstəxanaya soyuqdəymə və hipertonik xəstəliklərlə bağlı müraciət edənlərin sayında artım olub. Belə hava əsasən bronxit, ağciyərin iltihabı, sətəlcəm, periferik damarlarda spazma yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Belə hava hipertonik, ürək, qan-damar xəstəlikləri olan insanların ürək döyüntülərinin artmasına təsir edir”.

Səməd Çobanov bütün infeksiyon xəstəliklərin mövsümü xarakter daşıdığını da qeyd edib: “İnfeksion xəstəliklərin ağır forması daha çox 3 yaşa kimi uşaqlarda müşahidə olunur. Cavanlar və orta yaşlı insanlar xəstəlikləri yüngül keçirir. Anomal hava şəraitində imuniteti aşağı olan, azyaşlı uşaqalara və yaşlı insanlara soyuq və küləkli havada zərurət yaranmadıqca bayıra çıxmamağı tövsüyyə edirəm”.

Yeganə Oqtayqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu