Modern.az

Mübariz Əsgərovun "20 Yanvar"dan bəhs edən filmi bu gecə yayımlanacaq

Mübariz Əsgərovun "20 Yanvar"dan bəhs edən filmi bu gecə yayımlanacaq

19 Yanvar 2015, 17:26


Uzun illər ANS TV-də yayımlanan “Qulp” verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərovun 20 yanvar hadisələrindən bəhs edən “Bir mətbuat konfransının tarixi” adlı sənədli film bu axşam efirə gedəcək. Məlumatı Modern.az saytına Mübariz Əsgərov özü verib.

O, bildirib ki, “Bir mətbuat konfransının tarixi” adlı sənədli film “Xəzər” televizyasında axşam saat 23:05-də efirə gedəcək: “Filmdə Heydər Əliyevin 25 il əvvəl 20 yanvar hadisələri ilə bağlı keçirdiyi mətbuat konfransında iştirak edən şəxslər, hadisə şahidləri bir araya toplamışam. Bu film 20 yanvarın Moskvadakı əks-sədası idi.

Filmdə o vaxt Moskva Dövlət Universitetinin aspirantı olan Əli Həsənovun, Moskvada işləyən həkim, alim Lalə Şövkət, AXCP-nin Moskvadakı nümayəndəsi Zöhrab Şamxalov, SSRİ Ali Sovetinin deputatları, həmin mətbuat konfransında portbiletini cıran Ənvər Hübətov da iştirak edib.

Çalışmışam ki, həmin həyəcanı filmdə saxlayım. Hadisədən 25 il keçsə də, elə bil dünən baş verib. O hadisələrdə özüm də iştirak etmişəm, Yəqin ki, axşamkı yayından sonra tamaşaçı öz sözünü deyər”.

 
















Yeganə Oqtayqızı
 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu