Rusiyalı hərbi qulluqçunun güllələdiyi ailənin yeganə sağ qalan üzvü Seryoja Avetisyan ölüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi təsdiqləyib.
Həkimlər bundan öncə xəstənin ürək çatışmazlığından əziyyət çəkdiyini bildirirdilər.
Yanvarın 12-də Gümrüdəki Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib.
Həbs edilən hərbi qulluqçu ilə bağlı Rusiya və Ermənistan hüquq-mühafizə orqanları istintaq aparırlar.
Modern.az