Modern.az

Fransada 10 min eynicinsli nikah bağlanıb

Fransada 10 min eynicinsli nikah bağlanıb

19 Yanvar 2015, 17:42

Fransanın Milli Statistika və İqtisadiyyat Xidməti 2014-cü ildə nikaha girən vətəndaşlarla bağlı statistikanı açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il bağlanan 231 min nikahdan 10 mini eynicinsli şəxslər arasında olub. Bundan başqa, 2015-ci il yanvarın 1-nə olan məlumata görə, Fransa əhalisinin 64,2 milyon nəfər təşkil edir. 

2013-cü il mayın 28-də qəbul olunan qanuna əsasən, eynicinsli (homoseksual) cütlüklər övladlığa uşaq da götürə bilərlər. 

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu