Modern.az

“Azərbaycan girovların azad edilməsi üçün ciddi işlər görür” – AÇIQLAMA

“Azərbaycan girovların azad edilməsi üçün ciddi işlər görür” – AÇIQLAMA

Təhsil

20 Yanvar 2015, 10:37

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib.

Modern.az saytının məlumatına görə Əli Əhmədov bu barədə jurnalistlərə açıqlamasında deyib ki, soydaşlarımızın girovluqdan azad edilməsi üçün Azərbaycan hökuməti ciddi işlər görür.

Baş nazirin müavini bildirib ki, girovlara qondarma məhkəmənin qurulması Ermənistanın Azərbaycana qarşı düşmənçilik mövqeyində dayandığının sübutudur.

“Onlar girovlara qarşı mövqelərini bu cür saxlasalar, dünya qarşısında öz həqiqi mahiyyətlərini göstərəcəklər”,-deyə Əli Əhmədov qeyd edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu