“Xəzər dənizinin səviyyəsinin enməsi müəyyən problemlər yaradır”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, enmənin səbəbi küləklərin istiqamətinin tsikllərlə dəyişməsi və çaylarda suyun səviyyəsinin stabil olmamasıdır.
Nazir xatırladıb ki, ötən əsrin 80-ci illərində də Xəzər dənizinin səviyyəsi qalxıb və bəzi yerlər suyun altında qalıb.
Hüseyn Bağırov söyləyib ki, dənizin səviyyəsinin qalxması daha təhlükəlidir.
Modern.az