Modern.az

Müəllimlərə təzə XƏBƏR - Maaşın artırılmasına dair yeni təkliflər hazırlanacaq

Müəllimlərə təzə XƏBƏR - Maaşın artırılmasına dair yeni təkliflər hazırlanacaq

20 Yanvar 2015, 11:57


Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması məqsədi ilə dövlət siyasətinin inkişaf mərhələləri müəyyənləşdiriləcək.

Modern.az saytı xəbər verir ki, Fəaliyyət Planına əsasən, 2015–2016 illərdə Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi anzirlikləri tərəfindən səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər hazırlanmalıdır.
2016-cı ildə isə Nazirlər Kabineti tərəfindən yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər təsdiqlənəcək.

Bu mexanizmlər 2017-ci ildən başlayaraq, mütəmadi olaraq Təhsil Nazirliyi tərəfindən tətbiq ediləcək.

Fəaliyyət Planına əsasən, 2015-ci ildən müəllimlər arasında sağlam rəqabətin stimullaşdırılması üçün müsabiqələrin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2016–2017-ci illərdə müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi qaydalarının hazırlanması və təsdiq edilməsi planlaşdırılır.
Ümumiyyələ, Prezidentin təsdiqlədiyi Fəaliyyət Planına görə, 2015–2022-ci müəllim əməyinin layiqincə dəyərləndirilməsi, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulur.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi