“Ermənistanın kütləvi informasiya vasitələri növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır”.
Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib.
Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.
Qeyd edək ki, Ermənistan tərəfinin bu gün yaydığı məlumata görə, ötən gecə Azərbaycan tərəfinin hücumları nəticəsində bir erməni əsgəri öldürülüb.
Modern.az