Yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girmiş 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib pul və qızıl əşyalar verməsini tələb ediblər. Bu barədə Daxili Uİşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, soyğunçular müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən N.Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib. Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə daha bir oğru - R.İsgəndərov tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.