Modern.az

Deputat yeni məktəb tikintisi üçün baş nazirə müraciət etdi

Deputat yeni məktəb tikintisi üçün baş nazirə müraciət etdi

Təhsil

21 Yanvar 2015, 10:15


Millət  vəkili  Qənirə Paşayeva  Tovuzda, Sahib İsgəndərov adına  Əyyublu  kənd  orta  məktəbində olub. Modern.az xəbər verir ki, müəllim  və şagirdlərlə görüşən millət vəkili onların  qayğı və problemlərilə maraqlanıb.

Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq  bildirib ki, Sahib İsgəndərov adına  Əyyublu  kənd  orta  məktəbin Tovuzun  yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda  fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək  götürməlidir. Məktəbin direktoru Nizami Məmmədov    və  bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda  duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Müəllimlər Sahib İsgəndərov adına  Əyyublu  kənd  orta  məktəbinin  binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb binasına böyük ehtiyacı olduğunu,  millət vəkili Qənirə Paşayevanın bununla  bağlı  hökumətə  və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.

Sahib İsgəndərov adına  Əyyublu  kənd  orta  məktəbin  binasının  vəziyyətinin  təhsil  üçün  artıq çox yararsız olduğunu deyən millət vəkili Qənirə Paşayeva ölkəmizin ən böyük kəndlərdən biri olan Əyyublu kəndində Sahib İsgəndərov adına  Əyyublu  kənd  orta  məktəbinin  yeni  binasının tikintisi üçün hökumətə, baş nazir cənab Artur Rəsizadəyə  və  Təhsil  Nazirinə  müraciət etdiyini  və  problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı  təkrarən  Təhsil  naziri  Mikayıl  Cabbarova və hökumətə millət vəkili kimi xahiş və  müraciət  edəcəyini də  vurğulayıb. Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət  edib. Millət vəkili  Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə  müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu