Erməni fotoqraf Aspet Manukyan özü düzəltdiyi oyuncaq helikopterə kamera quraşdıraraq uzaqdan idarəetmə üsulu ilə uçan qurğu hazırlayıbr. O, bu qurğu ilə Atatürk adına İstanbul hava limanı üzərində qanunsuz olaraq videoçəkilişlər aparıb. Hava limanında təyyarələrin uçuşunu və enişini sərbəst izləməyə nail olan erməni fotoqraf həm də qadağan olunmuş sektorların video göruntülərini də qeydə alıb. Hələ bu azmış kimi, o, video görüntüləri YouTube-da yerləşdirib.
Modern.az saytı xəbər verir ki, “Milliyyət” qəzetinin məlumatına görə, A.Manukyanın bu davranışı Türkiyə Mülki Aviasiya İdarəsi tərəfindən terrorçuluq kimi qiymətləndirilib. Erməni fotoqrafın bu risqli çəkilişləri apardığına görə üzr istəməsinə baxmayaraq, artıq ona qarşı “Qadağan olunmuş ərazilərdə çəkilişlər aparma faktı”na görə cinayət işi açılıb.
Mövzuya aid video YouTube-la yanaşı, erməni saytlarında da yayımlanıb. Lakin 1 saat sona bütün görüntülər silinib.
İsmayıl Tanriverdi,
Erməni araşdırmaçısı