Yanvarın 21-də gecə saat 3 radələrində Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində düşmən ordusu yeni itki verib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, qoşunların təmas xəttində 1982-ci il təvəllüdlü Naapet Asatryan ölüb. 1973-cü il təvəllüdlü hərbçi Ovannes Qasparyan isə yaralanıb. Erməni tərəfinin iddiasına görə, hadisə Azərbaycan ordusunun atəşkəs rejimini pozması nəticəsində baş verib. Qeyd edək ki, Ermənistan tərəfi hər dəfə ordudakı itkiləri Azərbaycan tərəfinin boynuna yıxmağa cəhd edir.
Modern.az