Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

21 Yanvar 2015, 12:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacaq, səhər və gündüz havanın çiskinli olacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Respublikanın qərb rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin şimal və şərq rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu