Modern.az

Jurnalist Pərviz Həşimlinin həbsdəki karantin müddəti başa çatır

Jurnalist Pərviz Həşimlinin həbsdəki karantin müddəti başa çatır

21 Yanvar 2015, 13:01

Məhbus jurnalist Pərviz Həşimli köçürüldüyü 13 saylı Cəzaçəkmə Müəssisəsində karantindədir. Bu barədə Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimli Modern.az saytına açıqlamasında bildirib.

Yanvarın 9-da Pərviz Həşimli saxlanıldığı Bakı İstintaq Təcridxanasından Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. 

O, karantin müddətinin yanvarın 24-də başa çatacağını bildirib: “Görüş üçün vəkillər Ədliyyə Nazirliyinə yazılı müraciət ediblər, cavab gözləyirlər. Karantində olduğu üçün telefon əlaqəsi saxlamağına da icazə verilmir. Pərvizi 15 günə yaxındır köçürüblər, hələ ki  heç bir məlumat ala bilmirik. Bu da övladımın psixoloji durumuna daha da pis təsir edir”.

Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Yeganə Oqtayqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu