Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq edən qrupun digər üzvləri tutulublar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tutulanlar Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə olublar.
Modern.az