“Müdafiə taktikasını hücum taktikası ilə əvəzləməliyik”
“Bu istiqamətdə işlər gedir və bunu inkar eləmək ədalətsizlik olar. Xocalı soyqırmı ilə bağlı bir çox ölkələr parlament səviyyəsində qərar qəbul ediblər, bu soyqırımını tanıyıblar. Ermənilərin qeyd etməyə hazırlaşdığı qondarma erməni soyqırımı əslində türk soyqırımıdır. 1915-ci ildə ermənilər yox, türklər soyqırımına məruz qalıblar. Təəssüflər olsun ki, Türliyə də, digər türk dövlətləri də müdafiə mövqeyindən çıxış edir və məsələnin tarixçilər tərəfindən araşdırılmasını təklif edirlər. Türkiyədə savaş gedəndə ermənilər düşmən tərəfdən döyüşüblər.
Təbii ki, döyüşən tərəfə də gül dəstəsi vermirlər. Bu, heç bir halda soyqırımı sayıla bilməz. Biz müdafiə yox, hücum mövqeyindən çıxış etməliyik. Biz ortaya tələblər qoymalıyıq. Necə ki, ermənilər bu cür tələblər qoyublar: tanıma, tanıtma, təzminat və torpaq projesi. Biz də öz tələblərimizi ortaya qoymalı və bu istiqamətdə bütün lazımi addımları birgə surətdə həyata keçirməliyik”.
“Hazırkı Ermənistan torpaqlarını geri qaytarmağın vaxtıdır”
Millət vəkili Fərəc Quliyev açıqlamasında tarixi Azərbaycan torpaqları üzərində bərqərar olan hazırkı Ermənistan torpaqlarının ölkəmizə qaytarılmasının vacib olduğunu, beynəlxalq hüquq və qanunvericiliyin buna imkan verdiyini qeyd edib:
“Hazırkı Ermənistan torpaqlarının bizə qaytarılmasının vaxtıdır. Çünki o vaxtkı müqaviləyə əsasən ermənilər üzərlərinə götürmüşdü ki, burada yaşayan türkdilli xalqlara, azərbaycanlılara qarşı heç bir zorakılıq olmayacaq. Amma bu zorakılığın hansı nisbətdə olduğu, həmin ərazidə bir nəfər də olsun azərbaycanlının qalmadığı hər kəsə bəllidir. Beynəlxalq qanun və müqavilələrə görə, tərəflərdən biri müddəaları pozarsa, o zaman həmin müqavilə avtomatik olaraq qüvvədən düşür. Biz bu məsələni hölmən qaldırmalı, ermənilərə qarşı torpaq və təzminat davası açmalıyıq”.
Seymur Əliyev