Modern.az

Seçkilər bitdi, bələdiyyə sədrləri işə başladı - Bələdiyyələrdə hansı yenilik var?

Seçkilər bitdi, bələdiyyə sədrləri işə başladı - Bələdiyyələrdə hansı yenilik var?

21 Yanvar 2015, 14:37

Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı. Artıq yerlərdə bələdiyyə sədrlərinin kimliyi də bəllidir. Bəs seçkilərdən sonra bələdiyyələrin işi necə tənzimlənib? Milli Məclis bundan sonra bələdiyyələrin inkişafı ilə bağlı hansı addımlar atacaq?

Deputat Tahir Rzayev Modern.az-a açıqlamasında bələdiyyələrlə bağlı suallara cavab verib.

“Bələdiyyə seçkiləri artıq bitib. Bələdiyyə sədrləri də yerlərdə seçilib. Sözsüz ki, bələdiyyələrlə bağlı sual və təkliflər daha çox bələdiyyələrin özlərindən gəlməlidir. Çünki bələdiyyələrin səlahiyyətlərinin artırılması və yaxşılaşdırılması ilə əlaqədar işin təkmilləşdirilməsi üçün lazım olan problemlərin aradan qaldırılması üçün əldə əsaslar var. Bələdiyyələr xeyli inkişaf edib”.

Tahir Rzayevin sözlərinə görə  bələdiyylərin inkişafında dövlət çox maraqlıdır.

“Milli Məclis olaraq həmişə bələdiyyələrin inkişaf etməsini istəmişik. Onların fəaliyyəti, işlərində olan nöqsanları Milli Məclisin istər komitə iclaslarında, istərsə də  plenar iclaslarda dəfələrlə qaldırmışıq və öz fikirlərimizi demişik. Qanunvericiliyə isə müntəzəm olaraq əlavələr olunur. Bələdiyyələrin təkmilləşməsi haqqında,  birləşib ayrılması haqqında, maliyyə əsasları haqqında müntəzəm olaraq Milli Məclis bu məsələlərə baxır. Lazımi qərarlar qəbul edilir. Bələdiyyələr və onlarla işləyən qurumların müəyyən təşəbbüsləri olmalıdır. Hətta bu gün dövlət bələdiyyələrin inkişafında çox maraqlıdır”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu