Modern.az

Gəncənin icra başçısı şəhid ailələrini qəbul etdi

Gəncənin icra başçısı şəhid ailələrini qəbul etdi

21 Yanvar 2015, 15:57

Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin nümayəndələri ilə görüş keçirilib. Şəhid ailələrinin təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının təmin edilməsi məqsədilə keçirilən görüşdə şəhərin idarə, təşkilat və müəssisə rəhbərləri də iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı Elmar Vəliyev şəhid ailələrinin üzvlərinin hər birini ayrılıqda dinləyərək onların qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Görüşdə şəhid ailələrinin üzvləri çıxış edərək işlə təminat, mənzil və ya torpaq sahəsinin ayrılması, qəzalı evlərin təmiri, eləcə də təbii qaz, işıq, su təminatı sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müraciətlər ediblər. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.







Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu