Modern.az

Vergi borcunu ödəməyənlər - SİYAHI

Vergi borcunu ödəməyənlər - SİYAHI

21 Yanvar 2015, 16:08


Vergi ödəyicilərinin əksəriyyəti vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər.
Modern.az saytı Vergilər Nazirliyinin analitik mərkəzinə istinadən bildirir ki, bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanuna müvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı hər həftə “Vergilər” qəzetində dərc edilir və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir.
Yalnız borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır.

Məlumatda qeyd edilir ki, adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər.

Modern.az saytının məlumatına görə, yanvarın 21-nə olan məlumata görə, vergi borcunu ödəməyənlərin siyahısı aşağıdakı linkdə yerləşdirilib.

//www.taxes.gov.az/uploads/vergiborcu/21012015.pdf

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu