Modern.az

Gənc yazarları Avropaya tanıdacaq layihəyə əsər qəbulu davam edir

Gənc yazarları Avropaya tanıdacaq layihəyə əsər qəbulu davam edir

Ədəbiyyat

21 Yanvar 2015, 17:47

Alman Azərbaycan Mədəniyyət Evi və Modern.az İnternet portalı gənc və istedadlı azərbaycanlı yazarların əsərlərinin avropalı oxuculara çatdırılması, onların yeni oxucu kütlələrinə çıxması, ümumiyyətlə, gənc yazarlarımızın stimullaşdırılması, onlara bu istiqamətdə dəstək vermək məqsədilə yeni layihəyə başlayıb.

Qeyd edək ki, yanvarın 31-də müsabiqəyə əsər qəbulu başa çatacaq. 20 yazardan 20 hekayənin seçilərək kitab halına salınacağı layihənin müsabiqəsinə 50 –yə yaxın gənc yazar qatılıb.

Müsabiqənin şərtlərinə görə yaşı 35-dən yuxarı olmamaqla hər bir nasir yalnız bir hekayə yollaya bilər. Həmin hekayələr arasından seçilən 20 əsər alman dilinə tərcümə olunaraq kitab halında çap ediləcək.

Hekayətləti bu ünvanlara göndərə bilərsiniz:

[email protected]
[email protected]

Elmin NURI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI