Üçüncü çağırış Milli Məclis dövrünün əvvəlində “Təhsil haqqında” Qanun qəbul edildikdən sonra, tez bir zamanda təhsillə bağlı sahə qanunlarının qəbulu gözlənilirdi.
Lakin üstündən 7 il keçməsinə baxmayaraq, “Elm siyasəti haqqında” qanun layihəsi qəbul oluna bilmir.
Dördüncü çağırış Milli Məclisin payız sessiyasının son iclaslarının birində qurumun Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov hansısa şəxslərin kaprizi ucbatından belə bir qanunun qəbul olunmamasına etiraz etmişdi.
Bundan sonra, payız sessiyasının sonunda komitə “Elm siyasəti haqqında” Qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyyə etdi.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun Modern.az-a verdiyi açıqlamaya görə yaz sessiyasının növbəti plenar iclaslarında “Elm siyasəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu qanunun müzakirəyə çıxarılıb qəbul edilməsi mümkün olarsa, Azərbaycan elmində ciddi dəyişikliklərin baş verəcəyi istisna deyil.
Namidə BİNGÖL