Mali hakimiyyəti yanvarın 9-da Fransanın Monruj şəhərində polis əməkdaşını güllələyən, sonradan Parisdəki supermarketdə girov götürdüyü daha 4 nəfəri öldürən Amedi Kulibalinin nəşini qəbul etməkdən imtina edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçunun cənazəsini yanvarın 21-də təyyarə ilə Bamako şəhərinə gətirmək planlaşdırılıb. Ancaq son anda Afrika ölkəsinin rəhbərliyi onun nəşini qəbuldan imtina edib, nəticədə Kulibaninin cəsədinin qalıqları Parisdəki Məhkəmə-Tibb Ekspertizası İnstitutuna qaytarılıb.
Yanvarın 7-də Parisdə “Charlie Hebdo” həftəlik satirik jurnalın redaksiyasına basqın edərək 12 nəfəri öldürən Şerif və Said Kuaşi qardaşlarından biri Jenvilye və Reyms şəhərlərindəki qəbiristanlıqlarda dəfn olunublar.
Modern.az