Modern.az

“Ermənilər savaş başlamadan ərazilərimizi tərk etməsələr, onlardan əsər-əlamət qalmayacaq”

 “Ermənilər savaş başlamadan ərazilərimizi tərk etməsələr, onlardan əsər-əlamət qalmayacaq”

22 Yanvar 2015, 12:25

Məlum olduğu kimi bu günlərdə dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. "Global Firepower” saytının tətbiq etdiyi siyahıda Azərbaycan Ordusu da yer alıb. Dünyanın ikinci ən güclü ordusu isə Rusiyaya məxsusdur. "Global Firepower” siyahını tətbiq edərkən ölkələrin nüvə silahlarını nəzərə almayıb. Burada quruda, havada və dənizdə ordunun imkanları nəzərə alınıb. Siyahıda üçüncü yeri Çin tutur. Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya ilk onluqda yer alıb.Siyahıda 50-ci yerdə isə Azərbaycan Ordusudur. Ordumuz Belarus (52), Gürcüstan (64), Qazaxıstan (80) kimi ölkələrdən irəlidədir. Siyahıda ümumilikdə 106 ölkə yer alıb. Siyahıda Ermənistan ordusu yer almayıb. Ümumiyyətlə, siyahıdan belə aydın olur ki, Azərbaycan Ordusu MDB və Şərqi Avropanın ən güclü orduları sırasında yer alır.

- Maraqlıdır, bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir? Bu məsələ Ermənistanda övbəti ciddi xəbərdarlıq kimi qəbul olunacaqmı? 

- Millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycan Ordusunun reytinq cədvəli üzrə dünyanın 50 ən güclü ordusu sırasında yer alması Ermənistanı sözün həqiqi mənasında ciddi narahat edib: "Burada bir mühüm məqam vardır. Çox maraqlıdır ki, hərbi baxımdan güclü olmaları ilə adları sıralanan siyahıda Ermənistan yoxdur. Amma Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Artıq söhbət məntiqlə ona gəlib çıxır ki, Azərbaycan ərazilərini Ermənistan işğal etməyib, onun ağaları, arxasında dayanan qüvvələr işğal edib. Hər bir ordunun da güclənməsi əslində, müharibə şəraitində olur. Müharibə Azərbaycana pis təsirlər buraxıb. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Hər il büdcəmizə 20 faiz torpaqlarımızdan gələcək gəlirlərini daxil edə bilmirik. Bu ərazilərdən qovulan insanlara əlavə olaraq vəsait verməyə məhkumuq. Amma bununla bərabər müharibə illərində Azərbaycan artıq oturuşmuş orduya malik dövlətə çevrilib. Bu, həm də onu göstərir ki, bizim tərəfdən ordumuz döyüşəcək. Bu gün Rusiya ilə Ermənistan arasında ziddiyyətlər yaranıb. Günün birində Moskva bölgəmizdən gedəndə, ermənilər savaşsız ərazilərimizi qaytarmaq məcburiyyətində qalacaqlar. Belədə, İrəvanın taleyilə bağlı müqavilənin də qüvvədən düşməsi gündəmə gələ bilər. Güman edirəm, Azərbaycan əhalisi, onun dostları da fəxr edir ki, ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Bu, Azərbaycanın gücüdür. Yaxın zamanlarda bu ordu öz gücünü həm də işğal olunmuş ərazilərdə göstərəcək. Bu vəziyyətdən təbii ki, Ermənistan narahat olacaq. Ermənilər özləri də bilir ki, Azərbaycan ərazilərini öz gücləri hesabına işğal etməyib. Son zamanlar sosial şəbəkələrdə rus politoloqları özləri də etiraf edir ki, Rusiya bir neçə günlüyə Ermənistanı tərk edərsə, Azərbaycan Ordusu bütün işğal olunmuş əraziləri azad edə bilər. Ona görə də ermənilər vəziyyətin nə yerdə olduğunu, Azərbaycan Ordusunun gücünü bilir. Belədə ermənilər daha çox düşünmək məcburiyyətindədir ki, savaş olmadan ərazilərimizi tərk etsinlər, yoxsa, savaş başlayarsa, ermənilərdən burada əsər-əlamət qalmayacaq”. 

Rüfət NADİROĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu