Modern.az

İlham Əliyevin Davos görüşləri...

İlham Əliyevin Davos görüşləri...

22 Yanvar 2015, 13:29


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə görüşüb.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirib, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışıb. O, Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğulayıb. İlham Əliyev Azərbaycanın maliyyə qurumları ilə “Sberbank” arasında səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirin.

***
Azərbaycan Prezidenti Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb. Görüşdə Azərbaycanla “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb.

***
İlham Əliyevin yanvarın 22-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulanıb, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edilib, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***
Yanvarın 22-də  Prezident İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb. Görüşdə Azərbaycanla Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu