Yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil veriliblər. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, onlardan təbliği və yayılması qanunla qadağan olunan 10 ədəd dini kitab götürülüb və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.
Modern.az