Modern.az

Prezident təqaüdü alan tələbələrdən Milli Məclisə MÜRACİƏT: "O qanunu qəbul edin!"

Prezident təqaüdü alan tələbələrdən Milli Məclisə MÜRACİƏT: "O qanunu qəbul edin!"

22 Yanvar 2015, 15:15


“Prezident təqaüdçüsü” Gənclər Birliyinin təşəbbüsü ilə ölkə “Prezident təqaüdçüsü” adına layiq görülən  72 nəfər gənc Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edib.

Modern.az saytı müraciətin mətnini olduğu kimi təqdim edir:

- Hörmətli deputatlar,

Biz - Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə göstərdiyimiz yüksək nəticələrə görə “Prezident təqaüdünə” layiq görülən gənclər  Azərbaycan Respublikası Milli Məclisinin hər zaman Azərbaycan xalqının iradəsindən çıxış edərək olduqca mühüm əhəmiyyətə malik  qanunlar və qərarlar qəbul etdiyini , qəbul olunan hər bir aktda ümumbəşəri dəyərlərin, xalqın sosial rifahının, unikal dövlət quruculuğu prinsiplərinin , həmçinin vətəndaş cəmiyyətinin inkişafında oynadığı üstün rolundan dolayı elm və təhsil sahəsindəki prioritetlərin əks olunduğunu vurğulayaraq sizə müraciət edirik.

Əziz millət vəkilləri, uzun müddətdir istər Azərbaycan Respublikasının  Milli Məclisində, istər digər dövlət qurumlarında ,istərsə də ictimaiyyətdə  “Elm haqqında”  qanun layihəsinin müzakirəsi aparılır. Anlayışla qəbul edirik ki, layihə əhatə etdiyi sahənin və verəcəyi imtiyazların həssaslığına görə geniş müzakirələr tələb edirdi və hesab edirik ki, bu müzakirələr bütün mümkün səviyyələrdə aparıldı. Son olaraq Milli Məclisin “Elm və təhsil” komitəsində həyata keçirlən diskussiyalar və parlament üzvləri tərəfindən səsləndirilən fikirlər bütün bunların əyanı təcəssümüdür. Biz ictimai sferada , xüsusən gənclər sektorunda aparılan müzakirələrin bilavasitə iştirakçısı olaraq bəyan edirik ki, Azərbaycan gənclərinin böyük əksəriyyəti bu Qanun layihəsinin qəbulunun  lehinədir.

Hörmətli deputatlar, vurğulanan qanun layihəsinin respublikanın elmi potensialının inkişafına hesablandığını, elmi kontingentin maddi-sosial bazasının yüksək səviyyədə təşkil edilməsinə istiqamətləndiyini və xüsusi olaraq bildiririk ki, təhsildə davamlılığı təmin etməklə gənclərin elmə marağınının artırılmasına yönəldiyini nəzərə alaraq , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirməliyik” tarixi əhəmiyyətli sitatının prinsiplərini rəhbər tutaraq, eyni zamanda sizlərin iradəsinə dərin ehtiramımızı ifadə edərək ölkənin elm və təhsil qanadının inkişafına danılmaz töhfəsini verə biləcək “Elm haqqında” qanun layihəsinin lehinə səs verməyinizi xahiş edirik.

1.   Təbriz Rauf oğlu – “Prezident təqüdçüsü” Gənclər Birliyinin sədri , Dövlət İdarəçilik Akademiyası

2.   Cahandar Camallı – Toronto Univesiteti (Xaricdə Təhsil Dövlət Proqramı) (700 bal)

3.   Samir Musalı – Vaterlo Universiteti ( Xaricdə Təhsil Dövlət proqramı)

4.   Nurlan Məsimli – Vaterlo Universiteti – (Xaricdə Təhsil Dövlət Proqramı)

5.   Əli Əliyev – London Kollec Universiteti ( Xaricdə Təhsil Dövlət Proqramı) (700 bal)

6.   Orxan Fətullayev – Vaterlo Universiteti (Xaricdə Təhsil Dövlət Proqramı)

7.   Ceyhun Babaşov – Nyu Kastl Universiteti (Xaricdə Təhsil Dövlət Proqramı)

8.   Müseyib Məhərrəmov- Dövlət İdarəçilik Akademiyası

9.   Şəbnəm Tağıyeva – Dövlət İdarəçilik Akademiyası

10.  İlkin Babazadə - Dövlət İdarəçilik Akademiyası

11. Ülviyyə Qurbanova – Dövlət İdarəçilik Akademiyası

12. Sara Həsənova – Dövlət İdarəçilik Akademiyası

13. Erol Əhmədov- Dövlət İdarəçilik Akademiyası

14. Vüsal Ağazadə - Dövlət İdarəçilik Akademiyası

15. Simuzər Abdullah-Dövlət İdarəçilik Akademiyası

16. Nərmin Əbilova- Dövlət İdarəçilik Akademiyası

17. Eldanə Əliyeva- Dövlət İdarəçilik Akademiyası

18. Səlmi Əliyeva - Dövlət İdarəçilik Akademiyası

19. Ülviyyə Əliyeva - Dövlət İdarəçilik Akademiyası

20. Xeyransa Əliyeva -Dövlət İdarəçilik Akademiyası(700 bal)

21. Elxan Heydərli- Dövlət İdarəçilik Akademiyası

22. Fərid Məmmədov- Dövlət İdarəçilik Akademiyası

23. Günay Mahmudova-Dövlət İdarəçilik Akademiyası

24. Şəlalə Əhmədova- Dövlət İdarəçilik Akademiyası

25. Pərvin Əbdürrəhmanov - Dövlət İdarəçilik Akademiyası

26. Məhəmməd İsmayılov - Dövlət İdarəçilik Akademiyası

27. Nərmin Məmmədli- Dövlət İdarəçilik Akademiyası

28. Ayişə Əfəndiyeva - Dövlət İdarəçilik Akademiyası

29. Xalıq Dadaşzadə - Dövlət İdarəçilik Akademiyası

30. Ləman Abbasova - Dövlət İdarəçilik Akademiyası

31. Fatimə Əsgərova - Dövlət İdarəçilik Akademiyası

32. Namiq Məmmədov - Dövlət İdarəçilik Akademiyası

33. Əli Qasımov - Dövlət İdarəçilik Akademiyası

34. Rüfət İsmayılov  - ADA Universiteti   

35. Toğrul Novruzlu – ADA Universiteti     

36. Eltac Rüstəmli   - ADA Universiteti            

37. Sadiq Əhmədov    -ADA Universiteti 

38. Mikayıl Mikayıllı  -ADA Universiteti          

39. Həsən Həsənov  - ADA Universiteti         

40. Qoşqar Qədimbəyli – ADA Universiteti

41. Çingiz Məmmədli – Bakı Ali Neft Məktəbi

42. Mustafa Hacıyev - Bakı Ali Neft Məktəbi

43. Ayaz Şərifov - Bakı Ali Neft Məktəbi

44. Eltun İbrahimov - Bakı Ali Neft Məktəbi

45. Ayşən Səfərova - Bakı Ali Neft Məktəbi

46. Mədinə Şükürlü - Bakı Ali Neft Məktəbi

47. Elmir Əbilov - Bakı Ali Neft Məktəbi

48. Allahverdi Muradov - Bakı Ali Neft Məktəbi

49. Rəhim Rəhimli - Bakı Ali Neft Məktəbi

50. Ləman Sadiqlı - Bakı Ali Neft Məktəbi

51. İbrahim Şərifov - Bakı Ali Neft Məktəbi

52. Səidə Ələsgərova - Bakı Ali Neft Məktəbi

53. Sevinc Qafarlı - Bakı Ali Neft Məktəbi

54. Elşən Mikayılov - Bakı Ali Neft Məktəbi

55. Məmməd Cəbrayılov - Bakı Ali Neft Məktəbi

56. Fəhmin Hüsüzadə - Bakı Ali Neft Məktəbi

57. Pərnaz Səlimova - Bakı Ali Neft Məktəbi

58. Ümid Tərlanlı - Bakı Ali Neft Məktəbi

59. Taleh Nuri - Qafqaz Universiteti

60. Nərgiz Məzahirqızı – Qafqaz Universiteti

61. Orxan Səfərov – Qafqaz Universiteti

62. Gülşən Haqverdiyeva – Qafqaz Universiteti

63. Nəriman Knyazlı – Qafqaz Universiteti

64. Aytən Məmmədli – Qafqaz Universiteti

65. Əliqulu Əlili – Qafqaz Universiteti

66. Kamran Muradov – Qafqaz Universiteti

67. Hüseyin Məlikli– Qafqaz Universiteti

68. Mirəşrəf Kazımlı– Qafqaz Universiteti

69. Elgün Həsənov– Qafqaz Universiteti

70. Günel Vəlişova– Qafqaz Universiteti

71. Süleyman Sadıxov-Azərbaycan Dövlət Neft Akademiyası

72. Emil Əliyev – Azərbaycan Dövlət İqtisad Universiteti

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu