Modern.az

Köçkünlərin yerləşdiyi Qayıdış qəsəbəsinə mavi yanacaq verildi

Köçkünlərin yerləşdiyi Qayıdış qəsəbəsinə mavi yanacaq verildi

22 Yanvar 2015, 15:10

Füzuli rayonunun 3 №-li Qayıdış qəsəbəsinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış edərək əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkəmizdə genişmiqyaslı işlər həyata keçirildiyini bildirib, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunduğunu vurğulayıb.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə danışan Alı Alıyev qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması yaxın günlərdə başa çatdırılacaq və yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcək. Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Tədbirdə bildirilib ki, 3 №-li  Qayıdış qəsəbəsinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki, 200 abonentin olduğu 3 №-li Qayıdış qəsəbəsinə 7816  metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilib, 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.






Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu