Bu il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərində 2000-dən artıq sürücü geniş təlim məşğələlərindən faydalanacaqlar.
Bu barədə Modern.az-a “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib. Bildirilib ki, əməliyyat komitəsi Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımı bacarıqlara yiyələnmələrinin təmin edilməsi istiqamətində iş aparır.