Modern.az

“Şahdağ”a qanunsuz turlar təşkil edən şirkətlər aşkarlandı

“Şahdağ”a qanunsuz turlar təşkil edən şirkətlər aşkarlandı

22 Yanvar 2015, 16:45

“Şahdağ” turizm kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən turizm şirkətlərinin qanunsuz turlarının qarşısının alınması və kompleksə gələn turistlərin bu sahədə maarifləndirilməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə "Şahdağ" turizm kompleksi birgə monitorinqlərə başlayıb.

Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2015-ci il yanvarın 18-də keçirilən monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub. Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.

Sadalanan xoşagəlməz halların qarşısının alınması və "Şahdağ" turizm kompleksinə səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən xüsusi razılığı (lisenziyanı) tələb etsinlər.

Bildiririk ki, monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Məlumat üçün bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş turizm şirkətlərinin siyahısı ilə www.azerbaijan.travel internet saytı vasitəsilə tanış ola bilərsiz.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi