Yanvarın 22-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib. Modern.az saytına məlumat verən vəkil Adil İsmayılov deyib ki, prokuror Seymur Həziyə 6 il iş istədi: “Prosesdə şahidlər dindirilidi, əvvəlki ifadələrini təstiqlədi. Proses yanvarın 27-də davam edəcək”.
Seymur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir.
Hakimiyyət təmsilçiləri bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını vurğulayır. Seymur Həzi “Azadlıq” qəzetinin, xaricdən peyk vasitəsilə yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin fəal üzvlərindən biridir.
Yeganə Oqtayqızı